Welcome to Question and Answer platform. Sual Cavab saytına xoş gəlmişsiniz, burada sizin verdiyiniz suallarınız cavablandırılacaq.

En Yaxsilar 10/2017
  1. lion

    4040 Bal

  2. selcan

    1310 Bal

  3. aytekin

    590 Bal

  4. ELGUN

    440 Bal

Aylıq mükafat
1-ci yer: 20 manat
2-ci yer: 10 manat

The aim of existence of this website is to serve people and help them to find answers to their questions and express their thoughts and expressions.

 

Milyonçu oyunu / Azərbaycan Dövlət Iqtisad Universiteti / Ordubad Rayonu / Dünyanın ən yaxşı 10 yaşamalı şəhəri

Pizza nece hazirlanir

+1 ses
Pizza nece hazirlanir? Pizzanin resepti
sorusuldu Apr 25, 2013 Amerika Mətbəxi da qenire (130 xal) terefinden
redakte edildi Noy 24, 2013 Admin terefinden

2 Cavablar

0 ses

 

Xəmiri üçün: 
3 stəkan ələnilmiş un
1 xörək qaşığı quru maya
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
3-4 damla limon suyu
1 stəkan ilıq su
 
Sousu üçün:
1 ədəd pomidor
1 diş sarımsaq
1 ədəd bibər
yarım alma, yarım soğan
1 stəkan su
 
Üzərinə: 
1 ədəd qırmızı bibər (incə doğranmış)
1 ədəd yaşıl bibər (incə doğranmış)
1 stəkan qaynadılıb, doğranmış göbələk
yarım stəkan konserv qarğıdalı
6-7 dilim sosiska (ikiyə ayrılmış)
1 stəkan rəndələnilmiş holland pendiri
 
Hazırlanması: 
Əvvəlcə sousu hazırlayın. Bunun üçün pomidoru, sarımsağı, toxumları çıxarılmış bibəri, qabığı soyulmuş almanı, soğanı, 1 stəkan su ilə qaynadın.Xəmir üçün də un, maya, şəkər, duz və limon suyunu dərin bir qaba tökün. İlıq suyu yavaş-yavaş əlavə edib yoğurun. Ələ yapışmayacaq bir xəmir əldə edin. Marqarinlə yağlanılmış nimçəyə xəmiri tökün. Üzərinə hazırladığınız sousdan gəzdirin. Daha sonra doğranmış bibərlər, göbələk, qarğıdalı və sosiskanı xəmirin üzərinə düzün. Ən üstə rəndələnilmiş holland pendiri səpin. Əvvəldən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə qədər bişirin.
 
Nuş olsun!
 
cavablandi Apr 25, 2013 Admin (10,820 xal) terefinden
0 ses

Buradan hazirlanma videosuna da baxa bilersiniz

http://www.youtube.com/*****?feature=player_embedded&v=l4x4kxx4Ptk#!

 

cavablandi Apr 25, 2013 Admin (10,820 xal) terefinden
...