Welcome to Question and Answer platform. Sual Cavab saytına xoş gəlmişsiniz, burada sizin verdiyiniz suallarınız cavablandırılacaq.

En Yaxsilar 12/2017
  1. lion

    4040 Bal

  2. selcan

    1310 Bal

  3. aytekin

    590 Bal

  4. ELGUN

    440 Bal

Aylıq mükafat
1-ci yer: 20 manat
2-ci yer: 10 manat

The aim of existence of this website is to serve people and help them to find answers to their questions and express their thoughts and expressions.

 

Milyonçu oyunu / Azərbaycan Dövlət Iqtisad Universiteti / Ordubad Rayonu / Dünyanın ən yaxşı 10 yaşamalı şəhəri
0 votes
Qizim Emrahova Gullu 2005-ci ilde Agcabedi rayonunun Aran kendinde yerleşən Arif Hüseynzadə adına ibtidai məktəbin 1-ci sinifinə daxil olub.2009-cu ildə həmin kənddə yerləşən Aran kənd 1 saylı tam orta məktəbin 5-ci sinifinə daxil olub.Hal-hazırda həmin məktəbin 9-cu sinifini bitrib.9 illik təsil bazasından texnikuma sənəd verib.Şəhadətnamə imtahanlarından;riyaziyyatdan 11 suala,azərbaycan dilindən19 suala düzgün cavab verib.Bilmək istəyirəm ki,qızım Əmrahova Güllü həmin qiymətlə hər hansı bir texnikuma daxil ola bilərmi?

Məzunlar üçün imtahana buraxılış vərəsi:iş nömrəsi 13423734

Abuturyentin elektron ərizəsinin surəti:iş nömrəsi 958938

Xahiş edirəm sualımı cavablandırın.
asked in Digər - Təhsil & Araşdırma by (120 points)

1 Answer

0 votes
9 illik təhsil bazasından kolleclərə (texnikumlara) sənəd vermək istəyən abituriyentlərin nəzərinə!
Əziz abituriyentlər!Artıq sizə məlumdur ki, 9 illik ümumi təhsil bazasında kolleclərə (texnikumlara) qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbuluna 17-iyul tarixində başlanılıb. Ərizə qəbulu avqustun 15-dək davam edəcək.
Artıq 25 minə qədər abituriyent öz ərizələrini təqdim edib. 
Lakin düşünürük ki, aranızda ərizə vermək istəyən, lakin hələ bunu reallaşdırmamış dostlarımız da az deyil və onlar özləri üçün bir sualı tam aydınlaşdırmayıblar: 
- Kolleclərə (9 illik) qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu hansı qaydada həyata keçirilir? Əvvəldən qeyd edək ki, kolleclərə qəbul qaydaları və elanı, qəbul aparılan təhsil müəssisələrinin siyahısı və ixtisasları, həmçinin digər zəruri məlumatlar 4 nömrəli “Abituriyent” jurnalında təqdim olunub. 
Ərizə qəbulu üçün siz TQDK-nın rəsmi internet saytına (tqdk.gov.az) daxil olmaqla şəxsiyyət vəsiqənizin (şəkilsiz şəxsiyyət vəsiqəsi ilə də mümkündür) seriyasını, nömrəsini və pin kodunu daxil etməklə iş nömrəsi və şifr əldə etməlisiniz. 
Gördüyünüz kimi, siz ərizəni internetlə doldurmaq üçün ilk növbədə iş nömrəsi və şifr almalısınız və bunu şox asanlıqla, heç bir ödəniş etmədən edirsiniz.
Sonra həmin iş nömrəsi və şifrdən istifadə etməklə “Elektron ərizə”ni doldurmalısınız. 
Ərizəni doldurduqdan sonra onu mütləq təsdiq etmək lazımdır. 
Abituriyentlərin əksəriyyəti bunu özləri internetlə edəcəklər. Ərizəni dolduran kimi məlumatlarınızı yoxlayaraq təsdiq düyməsini vurmalısınız. Özləri təsdiq edə bilən hansı abituriyentlərdir?
1) Bu il - 2013-cü ildə orta məktəblərin 9, 10 və 11-ci siniflərini bitirənlər
2) 2012-ci və 2013-cü illərdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər
3) İlk-peşə ixtisas təhsili müəssisələrinin 9,10 və 11-ci siniflərini 2013-cü ildə bitirənlər. 
Bu kateqoriyalara daxil olmayan abituriyentlər isə tələb olunan sənədləri Bakı şəhəri Nəsimi rayonu 42 nömrəli məktəbdə və ya TQDK-nın regional bölmələrində yaradılmış sənəd qəbulu komissiyalarında təsdiq etdirməlidirlər.
Sənəd qəbulu başa çatdıqdan sonra imtahana buraxılış vərəqəsi də TQDK-nın internet saytında yerləşdiriləcək. Bu, imtahana bir neçə gün qalmış olacaq. Siz iş nömrəsi və şifrdən istifadə etməklə imtahana buraxılış vərəqəsini çap edə biləcəksiniz. İş nömrəsi və şifri itirməyin. 
İmtahan avqustun 25-də keçiriləcək.
İmtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini, 16 yaşına çatmamış şəxslər isə bu sənədlərlə yanaşı təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli arayışı (Əlavə 1) da gətirməlidirlər.
Sonda hər birinizə uğurlar arzu edirik.
Hörmətlə, TQDK-nın mətbuat xidməti.
 
Qeyd: Melumat 2013-cu ilindir
 
Menbe: TQDK
answered by (4k points)
...