Welcome to Question and Answer platform. Sual Cavab saytına xoş gəlmişsiniz, burada sizin verdiyiniz suallarınız cavablandırılacaq.

En Yaxsilar 08/2017
  1. lion

    4040 Bal

  2. selcan

    1310 Bal

  3. aytekin

    590 Bal

  4. ELGUN

    440 Bal

Aylıq mükafat
1-ci yer: 20 manat
2-ci yer: 10 manat

The aim of existence of this website is to serve people and help them to find answers to their questions and express their thoughts and expressions.

 

Milyonçu oyunu / Azərbaycan Dövlət Iqtisad Universiteti / Ordubad Rayonu / Dünyanın ən yaxşı 10 yaşamalı şəhəri

Novruza aid seirler

0 ses
Novruz bayramina aid seirler

Sizce Novruz bayramina aid en yaxsi ser hansidir?
sorusuldu Mar 8, 2014 Digər - İncəsənət & Humanitar elmlər da lion (4,040 xal) terefinden
yeniden tag olundu Mar 22, 2014 Admin terefinden

1 Cavab

–1 ses
İştə Novruz! Yetişdi fəsli-bahar.
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram… Ah, nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə.
 
Yalınız hanki evdə yas varsa,
Bir onun borcudur ki, tutsun əza.
Birinin ölsə qardaşı naçar,
Qara bayram tutar… Bir adət var.
Hər kimin yoxsa böylə bir üzri,
Eyşü nuş eyləsin o… yox zərəri.
Gərçi “əlmömünün üxüvvə” demiş
Əmri-peyğəmbəri hekayə imiş.
Cümlə qardaş, — deyir Rəsuli-xuda,
Hanki islamədir bu söz əcəba?
 
Bəlkə bir başqa xəlqədir bu xitab?
Nəyə lazım, canım, sıxıntı, əzab.
Bütün İranda, cümlə Balkanda,
Çırpınır qardaşın qızıl qanda!
İştə bir qətlgahə dönmüş yer!
Məhv olan yüz deyil ki! Yüz mindir.
Ana! Həmşirə! Ey nişanlı gəlin!
Siz də əsla sıxılmayın, sevinin.
Əzilib məhv olursa ailələr,
Sizə aid deyil bu qəmli xəbər.
Getsə iffət, kəsilsə əmcəklər,
Sevinin!.. İstəməz düşüncə, kədər.
 
Bütün aləm dağılsa, od tutsa,
Bizə lazımdır imdi zövqü səfa.
Bir müsəlman ki, onda qeyrət var.
Sevinir, kef edər, çalar, oynar.
 
Sevinin! Zurna, toy çalın, sevinin,
Nə gözəl bayram! Of, gülün, sevinin!
Dinə, namusa küsdünüzsə, gülün!
Sevinin, həp gülün!.. Nə nəşəli gün?!
 
Müəllif: Hüseyn Cavid
cavablandi Mar 8, 2014 Admin (10,820 xal) terefinden
mətnə oxsuyur bunu hansi agilsiz yazib eeeeeee
...