Welcome to Question and Answer platform. Sual Cavab saytına xoş gəlmişsiniz, burada sizin verdiyiniz suallarınız cavablandırılacaq.

En Yaxsilar 10/2017
  1. lion

    4040 Bal

  2. selcan

    1310 Bal

  3. aytekin

    590 Bal

  4. ELGUN

    440 Bal

Aylıq mükafat
1-ci yer: 20 manat
2-ci yer: 10 manat

The aim of existence of this website is to serve people and help them to find answers to their questions and express their thoughts and expressions.

 

Milyonçu oyunu / Azərbaycan Dövlət Iqtisad Universiteti / Ordubad Rayonu / Dünyanın ən yaxşı 10 yaşamalı şəhəri

IELTS ve TOEFL arasindaki ferq nedir?

0 ses
TOEFL yoxsa IELTS hansı daha yaxşıdır? Fərqləri nədir?
sorusuldu Apr 14, 2013 Xaricdə təhsil da lion (4,040 xal) terefinden
yeniden tag olundu Yan 12, 2014 Admin terefinden

1 Cavab

0 ses

İELTS bir çox aksenti əhatə edir. (Britaniya, Yeni Zellandiya, Şotlandiya,İrlandiya) TOEFLda isə Şimali Amerika aksentindən istifadə olunur.Sənin Amerikan yoxsa Britaniya ingiliscəsini rahat istifadə etməyin əsas faktordur. Çünki bəzi terminlər tamamilə fərqlidir.Əgər Amerikan ingiliscəsindən istifadə etmək rahatdırsa , TOEFLda yaxşı nəticə göstərə bilərsən. İELTS hər dəfə müxtəlif sual növləri   verir və təlimatlar fərqli olur. Bu isə hazırlaşmaq üçün çətinliklər yaradır. TOEFLda isə daha çox eyni testlər olur və A,B,C,D və E variantını seçmək tələb olunur.
 
Digər fərq danışıq bölməsindədir. Komputerə cavab vermək bəzilərinə daha rahatdır, çünki səni dinləyən biri yoxdur. İELTS testi isə ana dili ingiliscə olan biri ilə intervyu şəklində aparılır  və bu daha gərgin  hiss etməyə səbəb olur. O, qeydlər apararkən pis mi ,yoxsa yaxşı bir şey mi yazdı- deyə düşünərsən. Lakin digər tərəfdən sualı başa düşməyəndə izah etməyə birinin olması daha rahatdır, nəinki komputerin ekranına baxmaq.İmtahan götürəndən feedback almaq test ərzində səhvləri düzəltməyə kömək olur. Beləliklə , bu imtahanlardan hansını seçmək sizin özünüzü necə sərbəst hiss etmənizdən aslıdır. Əgər insanlarla danışmaq sizə daha rahatdırsa, İELTS sizə uyğundur.Əgər tək olmaq istəyirsinizsə, TOEFL-ı seçə bilərsiz.
 
Nəhayət, TOEFL  yazı və danışıq bölməsi vahid qiymətləndirilir. Qiymət söz bazası, məntiq, stil və qrammatika da daxil olmaqla inşanın ümumi keyfiyyətinə verilir. İELTSdə qrammatika, söz seçimi, uyğunluq, məntiq üçün ayrıca qiymətləndirilir. Əgər inşanı yaxşı yazırsansa, amma çoxlu xırda qrammatik səhvlərin varsa , TOEFL sənə daha uyğundur. TOEFLda inşa əhatəlidirsə, xırda qrmmatika səhvlərini nəzərə almırlar. Əgər sənin söz ehtiyatın və qrammatikan yaxşıdırsa, lakin özünü ifadə etməkdə çətinlik çəkirsənsə , İETLS imtahanı sənə daha uyğundur.
 
cavablandi Apr 14, 2013 Admin (10,820 xal) terefinden
...