Welcome to Question and Answer platform. Sual Cavab saytına xoş gəlmişsiniz, burada sizin verdiyiniz suallarınız cavablandırılacaq.

En Yaxsilar 07/2017
  1. lion

    4040 Bal

  2. selcan

    1310 Bal

  3. aytekin

    590 Bal

  4. ELGUN

    440 Bal

Aylıq mükafat
1-ci yer: 20 manat
2-ci yer: 10 manat

The aim of existence of this website is to serve people and help them to find answers to their questions and express their thoughts and expressions.

 

Milyonçu oyunu / Azərbaycan Dövlət Iqtisad Universiteti / Ordubad Rayonu / Dünyanın ən yaxşı 10 yaşamalı şəhəri

TQDK legv edildi

0 ses

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.


Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur (APA-nın məlumatına görə).

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.

Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu bir milyon manat olmaqla dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Mənbə: http://aseu.ucoz.com/news/tqdk_legv_edildi/2016-04-12-24

sorusuldu Apr 11, 2016 Xəbərlər & Hadisələr da Admin (10,820 xal) terefinden
redakte edildi May 2, 2016 Admin terefinden

Zehmet olmasa daxil olun ve ya qeydiyyatdan kecin bu suala cavab vermek ucun.

...