Welcome to Question and Answer platform. Sual Cavab saytına xoş gəlmişsiniz, burada sizin verdiyiniz suallarınız cavablandırılacaq.

En Yaxsilar 10/2017
  1. lion

    4040 Bal

  2. selcan

    1310 Bal

  3. aytekin

    590 Bal

  4. ELGUN

    440 Bal

Aylıq mükafat
1-ci yer: 20 manat
2-ci yer: 10 manat

The aim of existence of this website is to serve people and help them to find answers to their questions and express their thoughts and expressions.

 

Milyonçu oyunu / Azərbaycan Dövlət Iqtisad Universiteti / Ordubad Rayonu / Dünyanın ən yaxşı 10 yaşamalı şəhəri

Kokelmek ucun ne etmek lazimdir?

–1 ses

Kökəlmək üçün nə etmək lazımdır? Kokelmeyin yollari nedir?

sorusuldu Apr 11, 2013 Pəhriz(Diet) da lion (4,040 xal) terefinden
redakte edildi May 3, 2016 Admin terefinden

2 Cavablar

0 ses

Normal çəkiyə düşənə qədər ayda 2 kq çəki artırmaq uğurlu nəticə hesab edilir Çax vaxt bədən quruluşundan, sağlamlıqdan danışılarkən insanların əsasən artıq çəkidən əziyyət çəkməsindən söhbər açılır. Bunun üçün də daima yeni pəhriz üsulları gündəmə gəlir. Ancaq arıq olub, heç cür çəkisini artıra bilməyənlər də az deyildir. İnsanın kökəlməməsinin bir neçə səbəbi ola bilər. Əgər insanın sərf etdiyi enerji qazandığından çoxdursa, əgər siqaret çəkirsə (yeməklərin dadını və qoxusunu ala bilmir, nəticədə iştahsızlıq yaranır), əgər bağırsaqlarında qurd varsa, stress, depresiya, xəstəlikdən əziyyət çəkirsə kökəlmək çətinləşir. İştahsızlıq yarandığı təqdirdə insan ac olsa da beyninə toxluq siqnalları göndərilir. Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcəkdir. Bunun üçün hər gün 3 əsas, 3 ara yemək yemək lazımdır. Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir. Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin. Südə bal, bəhməz, mürəbbə əlavə edərək için. Qəbul edilən karbohidratın miqdarını artırın. Təzə meyvə sularına üstünlük verin və içkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için. Yatmamışdan 1-2 saat əvvəl yüngül yemək, şirniyyat yeyə bilərsiniz. Yeməkdən 1saat sonra şirniyyat qəbul edin. Fındıq, fıstıq, badam, qoz və s. çox üstünlük verin. Hər gün yumurta qəbul edin. Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin. Çəkisi normadan az olanlar üçün bunu da qeyd edək ki, kökəlmək xatirinə çox yağlı yemək yeməyin. Çünki yağ ilə artan çəki sağlamlıq üçün zərərlidir. Normal çəkiyə düşənə qədər ayda 2 kq çəki artırmaq uğurlu nəticə hesab edilir.

Mənbə: www.islamazeri.com

cavablandi Apr 11, 2013 Admin (10,820 xal) terefinden
redakte edildi May 3, 2016 Admin terefinden
0 ses
çoxlu su içmək yemək yemək lazimdir
cavablandi Avq 12, 2013 selcan (1,310 xal) terefinden
...